"Report"un "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu parnik məhsulları üzrə ixtisaslaşmış nəhəng şirkətin meneceri bildirib.
Məlumata görə, bu tərəvəz məhsullarının tədarükünü 2017-ci ilin oktyabr ayından etibarən RFBNFX-də qeydiyyatdan keçmiş bir neçə türk şirkəti həyata keçirə biləcək. Məhsulun tədarükü 2018-ci ilin aprel-may aylarınadək davam edəcək. Türkiyə pomidorlarının tədarükü ilə bağlı müqavilələr, əsasən, ticarət dövriyyəsinə görə Rusiyanın ikinci məhsul riteyleri - "Maqnit"lə müzakirə edilir.
Xatırladaq ki, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına Rusiya 2016-cı ilin 1 yanvar tarixində - türkiyəli hərbçilər Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduqdan sonra embarqo qoyulub.