ABŞ-da orta məktəbdə silahlı basqın olub.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, hadisə Vaşinqtona bağlı olan Rokford şəhərindəki 300 şagirdin təhsil aldığı Freeman Liseyində baş verib. Hadisə həm şagirdlər, həm də valideynlər arasında böyük qorxuya səbəb olub.
Silahlı hücum nəticəsində 1 şagird həyatını itirib, 3-ü isə yaralanıb. Polislər təhlükəsizlik məqsədi ilə məkətəbə giriş-çıxışı bağlayıb və hadisəni törədən şəxsi sağ olaraq ələ keçirib.
Günay Elşadqızı \ METBUAT.AZ