Aşıq Ədalətin səhhəti çox pisləşib. Yataq xəstəsidir.

Bu sözləri ustad aşıq Ədalət Nəsibovun səhhəti ilə bağlı danışan dostu Murad Məhəmmədov deyib. Onun sözlərinə görə, hazırda aşıq müalicəsini evdə davam elətdirir:

“Vəziyyəti heç yaxşı deyil. Telefon zənglərinə belə baxa bilmir. Ona gələn zənglərə də ailə üzvləri cavab verir”.

Qeyd edək ki, bir müddət əvvəl Aşıq Pəri məclisinin üzvü, şairə və teleaparıcı Çiçək Mahmudqızı Aşıq Ədalətin qırtlağında xərçəng xəstəliyinin aşkarlandığını bildirmişdi.

Əməkdar incəsənət xadimi Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. //Kult.az

Yeni dərs ilinin ilk günündə hava belə olacaq - Proqnoz - Oxumaq üçün tıkla