İraqın cənubundakı Zikar əyalətinin mərkəzi Nasiriyya rayonunda qanlı terror hadisələri baş verib.
Metbuat.az-ın məlumatına görə, ötən gün günorta saatlarında silahlılar restoranı atəşə tutub. Bundan əlavə terrorçular Di-Kar və Mutanna əyalətlərinin sərhədindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında minalanmış maşını partladıblar. Terror aktı nəticəsində ən azı 74 nəfər həlak olub, 93 nəfər yaralanıb. Ölənlərdən 7-si İran vətəndaşı olub.
Məlumata görə, silahlılardan biri “Haşti Şabi” təşkilatının üzvü olub.
Günay Elşadqızı \ METBUAT.AZ