Cənubi Koreya ordusu, Şimali Koreyanın paytaxtı Pxenyandan raket atıldığını açıqlayıb.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Cənubi Koreyanın Baş Qərargah rəhbərliyi açıqlamasında deyib: “Şimali Koreya paytaxt Pxenyanın Sunan rayonu yaxınlığından səhər saat 06:57 radələrində raket atıb. Raket Yaponiyanın Hokkaydo adasının üstündən keçərək Sakit okeana düşüb”.
Açıqlamada bildirilir ki, raket 770 km yüksəklidə 3700 km məsafə qət edib. Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) atılan raketlə bağlı araşdırma apardığı qeyd edilir.
Cənubi Koreya hökuməti raket sınağından sonra Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Yaponiyanın dövlət televiziyası NHK-da bildirilib ki, bu, Yaponiyanın şimal-şərqində çaxnaşmaya səbəb olub. Nəticədə əhali sığınaqlara yerləşdirilib.
Yaponiya hökuməti raketin orta məsafəli ballistik raket olduğunu iddia edib.
Günay Elşadqızı \ METBUAT.AZ