Müğənni Könül Kərimova bu il ad günün fərqli qeyd edib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, doğum gününü müğənni Nazəninin gilin bağ evində qeyd edib: “Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad günün qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Onun bu sürprizi mənim çox xoşuma gəldi. Bu da son deyildi. Mənə ailəsinin adından qızıl qolbağı hədiyyə etdi. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm”.
K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin: “Ola bilər ki, 1 günün içində bütün dostlarıma zəng edim ki, ad günü keçirirəm. Hələ düşünürəm. Mənim bu həyatda hələ ki, həyata keçməyən bir arzum var. O arzumu hələ açıqlamıram. Zamanı gələndə hər şeyi biləcəksiz. Allah hər kəsin arzusunu çin etsin, bizlə bərabər”.