ABŞ rəhbərliyi, İraq Kürdüstanının 25 sentyabrda müstəqillik referendumu keçirmək qərarını dəstəkləmədiyini və ləğv edilməli olduğu açıqlayıb.

Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Ağ Ev sözçüsü Sarah Sanders məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada deyilir: “ABŞ, İraq Kürdüstanının sentyabrın sonunda referendum keçirmək niyyətini dəstəkləmir. ABŞ, İraq Kürdüstanının liderlərinə səslənərək bildirir ki, bu, İŞİD-lə mübarizə və azad edilən ərazilərdə sabitliyi təmin etmək səylərində diqqəti başqa yerə yönəldəcək”.

Əslində ABŞ rəhbərliyi uzun müddətdir referendumun təxirə salınması tələbini dilə gətirsə də, Ağ Evin ilk dəfə referendum qərarının ləğvi üçün çağırış etməsi diqqət çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqurk ötən gün İraqın Süleymaniyyə şəhərində Kürdüstan səlahiyyətlilərilə görüşdə referendumun təxirə salınmasını tələb etmişdi.

Günay Elşadqızı \ METBUAT.AZ

Böyük Britaniyadan kritik şərh - Yeni hücum ola bilər - OXUMAQ ÜÇÜN TIKLA