Türkiyə İraq sərhədinə qoşun topladı

Türkiyə Silahlı Qüvvələri 25 sentyabr referendumunun yaxınlaşdığı bir vaxtda İraqla sərhəddə təlimlərə başlayıb.

Metbuat.az-ın xəbərinə görə, Baş Qərargah rəhbərliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, bu səhər Silopi-Habur bölgəsində təlimə başlanılıb, təlimlə birgə terrora qarşı əməliyyatlar da davam edir. Silopi və Habur sərhəd keçid məntəqəsinin 15 kilometrliyində keçirilən təlimdə 100 tank və digər zirehli texnika iştirak edir.

Silopi-Habur yolunun bir hissəsi hərbi təlimlər səbəbindən bağlanılıb. Tankların daimi olaraq manevr etdiyi deyilir. 

Günay Elşadqızı \ METBUAT.AZ

ABŞ-dan ən sərt açıqlama - “Şimali Koreya yox olacaq” - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR