Bütün dünyanın danışdığı hicab dəfiləsi

Məşhur stilist Mark Yakobs, Nyu-Yorkda keçirilən moda həftəsində yeni dəfilə ilə çıxış edib.  

Metbuat.az xəbər verir ki, dəfilədə əsas diqqət çəkən məqam modellərin podiuma hicabla çıxması olub.

Geyimləri nümayiş etdirənlər sırasında məşhur modellər Gigi Hadid və Kendall Yener də olub.

Kolleksiyada canlı çiçək naxışları və parıltılı parçalar yaylıq, hicab və ekzotik baş örtükləri ilə harmoniya təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR