36 dərəcə isti olacaq - SABAH

36 dərəcə isti olacaq - SABAH
12:34 19 Sentyabr 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22°, gündüz 30-35°, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR