Azərbaycanlı prodüser məşhur amerikalı ulduzla

Azərbaycanlı prodüser Əmir Allahverdi dünya şöhrətli amerikalı aktyor Dueyn Consonla işləyəcək. 

Metbuat.az xəbər verir ki, bu barədə dünya mediası xəbər yayıb. Məlumata görə, onunla birlikdə Qazaxstanın “Street Workout” federasiyasının vitse-prezidenti İslam Badurqov da D.Consonla çalışacaq. 

İ.Badurqov "İnstaqram" hesabında yazıb ki, 16 sentyabrda Las-Veqasda Ə.Allahverdi ilə birlikdə “Qaya” ləqəbli aktyor və idmançı Dueyn Consonla görüşüblər: 

"Bu insan əfsanədir. O, məni həm həyatda, həm də idmanda motivasiya edir. Çox səmimi söhbət baş tutdu. O, məni və dostum Əmiri görməyə çox şad idi. Layihə hazırlayırıq və onu Dueynə təklif etmək istəyirik. Hər şey sirr olduğu üçün təfərrüatlar haqda məlumat verə bilmərəm. Xəbərləri izləyin, çünki yaxın zamanlarda sizi sevindirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR