“Əsrin müqaviləsi”nin imzalandığı gündür

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötür.

Metbuat.az-ın məlumatına görə, 1994-cü il 20 sentyabrda ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb.

Bakıda Gülüstan sarayında imzalanan müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tiplidir. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanıb. Təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapan müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib.

Müqavilədə Azərbaycan Neft Şirkətinin 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlanıb. “Əsrin müqaviləsi" Milli Məclis tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib.

Bu hadisənin ildönümünə az qalmış, bir neçə gün öncə - 14 sentyabrda Heydər Əliyev Mərkəzində “Yeni Əsrin Müqaviləsi” imzalanıb. İmzalanma mərasimində prezident İlham Əliyev çıxış edərək bildirib ki, bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı isə 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

Günay Elşadqızı \ METBUAT.AZ

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı - VİDEO - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR