Ziya Məmmədovun bacısının direktor olduğu liseydə araşdırma başladı

Ziya Məmmədovun bacısının direktor olduğu liseydə araşdırma başladı
12:54 20 Sentyabr 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır.

 

Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

 

Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.

 

M. Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C. Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.

 

"Liseyin direktoru Məhbubə Məmmədova işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR