Afaq Aslan: “Seksual müəllimə obrazındayam”

Azərbaycanlı müğənni Afaq Aslan özünü aktrisa kimi sınamaq qərarına gəlib.

Metbuat.az-a açıqlama verən ifaçı bildirib ki, “ARB” telekanalında yayımlanan “Yataqxana” serialında rol alıb: “Mən etdiyim hər bir işdən zövq alıram. Bu təklif gələndə məmnuniyyətlə qəbul etdim. Aktrisalıq da incəsənətin bir qoludur. Rejissoru İlham Yaşaroğlunun olduğu bu serialda mən tələbələrin həsrətlə baxdığı seksual müəllimə obrazını canlandırıram. Mənim olduğum bölüm oktyabrın 1-dyayımlanacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR