Manafdan qalmaqallı AÇIQLAMA: “Şou-biznesdə heç 10 nəfər kişi yoxdur”

Manafdan qalmaqallı AÇIQLAMA: “Şou-biznesdə heç 10 nəfər kişi yoxdur”
14:53 21 Sentyabr 2017
180 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Manaf Ağayev ARB TV-nin “Səhər-səhər” verilişində qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, ifaçı şou-biznes əhlində birliyin olmamasını tənqid edib:

"Dostlarla oturmuşduq, dedik ki, bu aləmdən kim on nəfər kişi sayar? Şalvar geyinmək və mahnı oxumaq kişi olduğunu sübut etmir. Bunun içində: xeyriyyəçi, sözükeçən, gözəl ailə başçısı, yaxşı övladları, sözübütov olanlar çox azdır. Biz 1-2 kişi müğənnisinin adını çəkə bilmədik. Kimin adını çəkdik, hamı güldü. Gülməlidir. Düzdür, hər sahədə var. Musiqiçilər arasında kişi sənətçi çox azdır.

İzzət Bağırovun başına iş gəlib, kim gedib ona baş çəkib? Heç kim. İzzət ağlıyır ki, bu boyda ulduz olmuşam, bir müğənni yığmadı məni. Biz buyuq. Söyülən də, əl atılan da İzzət idi. Deyir ki, 40 kilo çəkim var, qaçmasaydım, indi yasım olacaqdı".

Pərviz Hüzeyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR