“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib
16:35 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Məlumatın toplanılmasına qarşı intellektual mühafizə sisteminə malik “Safari 11” brauzeri artıq “macOS Sierra” və “OS X El Capitan” sistemləri üçün əlçatandır.

“Apple” öz brauzerinin yeni versiyasında aşağıdakı funksiyaları istifadəyə verib:

·         Videonun avtomatik göstərilməsinin avtomatik blok edilməsi.
·         Üçüncü şəxslər tərəfindən məlumatın toplanılmasına qarşı müdafiə sistemi.
·         Ayrı-ayrı saytların göstərilməsi ilə bağlı qabaqcıl sazlama.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, indi miqyaslama səviyyəsini seçmək, oxuma rejimini işə salmaq və hər bir sayt üçün lazımi məhdudiyyətlər təyin etmək olar. Brauzerin işləmə sürəti artıb, HTML5 məzmun üçün yeni idarəetmə elementləri istifadəyə verilib.

Yeniləmə “Mac App Store”də bütün istifadəçilər üçün əlçatandır.

“MacOS High Sierra” əməliyyat sistemi 25 sentyabr tarixində çıxarılacaq. “Safari 11” brauzeri yeni sistemdə əsas brauzer olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50183-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR