Bakıda cinsi azlıqlar həbs edildi

Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov  bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında, Bakı şəhərində əsasən gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.

Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: “Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur". //Lent.az

İlan öz sahibini belə öldürdü... - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı