Mərcimək şorbasının hazırlanması

Havalar soyuduqca isti sulu yeməklər daha çox bişiririk.

Metbuat.az bu dəfə mərcimək şorbasının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Qırmızı mərcimək

1 ədəd baş soğan

1 ədəd orta ölçülü kartof

Kərə yağı

Duz, istiot

Quru nanə

Bulyon

Hazırlanmasına gəldikdə isə, təmizləyib gecədən saxladığınız mərciməyi bişirin. Soğanı yağda qızardın. Doğranmış kartof, mərcimək, duz, istiot əlavə edib ocağın altını azaldın. Tərəvəzlər bişdikdən sonra blenderdən keçirin. Hazırladığınız püreyə quru nanə və bulyon əlavə edin. Yemək servisə hazırdır. Üzərinə limon şirəsi sıxa, cəfəri qoya bilərsiniz.

"Gürzə" yeməyinin hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)