İrandan növbəti qərar

İran İslam Respublikasının Şimali Kürdüstan üçün hava sərhədini bağladığını xəbər vermişdik.

Metbuat.az-ın məlumatına görə, İran artıq quru sərhədini də bağladığını da açıqlayıb. Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi açıqlama verib: “İraq dövlətinin ərazi bütövlüyünü dəstəkləyirik, hökumətin tələbi ilə Şimali İraq üçün həm hava, həm də quru sərhədini bağladıq”.

Qeyd edək ki, daha əvvəl İran Yüksək Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Keyvan Husrəvi ölkəsinin hava sahəsinin İraq Kürdüstan Regional Hökumətinə bağlanıldığını açıqlamışdı.

Günay Elşadqızı \ METBUAT.AZ

"Türkiyə əlini-qolunu bağlayıb oturmaq fikrində deyil" - Baş nazir - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR