İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub
16:57 25 Sentyabr 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.
“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.
“Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib”, - o vurğulayıb.
Parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-parlamentinde-kerkuke-herbcilerin-yerlesdirilmesi-haqqinda-qerar-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR