Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

Daşkəsəndə “VAZ”la  “Mercedes” toqquşdu - 2 yaralı
20:09 25 Sentyabr 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.

 

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR