Heyva mürəbbəsinin hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə heyva mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

3 ədəd heyva

2 stəkan şəkər tozu

1,5 stəkan su

3 ədəd mixək

4 heyva toxumu

1 yemək qaşığı limon suyu

Hazırlanması:

Heyvanı iki yerə bölüb toxumlarını çıxarın. Yaxşıca yuduğunuz heyvanı kub formasında ya da dilimlər şəklində kəsin. Doğranmış heyvaları qazana alın. Şəkər tozunu heyvanın üstünü örtəcək şəkildə əlavə edin. Bir stəkan yarım suyu, mixək və heyva toxumlarını qazana əlavə edin. Mürəbbəni heyvalar yumşalıb şərbəti rəng alana qədər orta atəşdə 90 dərəcədə bişirin. Limon suyu əlavə edib ocaqdan alın. İlıqlanan mürəbənni qaba doldurub ağzını yaxşıca bağlayın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Böyürtkən mürəbbəsinin hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)