"Roma" klubu Bakıya gəldi - FOTOLENT

"Roma" klubu Bakıya gəldi - FOTOLENT
15:59 26 Sentyabr 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib.

Lent.az-ın "Report"a istinadən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup jurnalist qarşılayıb.

Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.

Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR