İngiltərədə Baş nazir Tereza Meyin ölkənin Avropa Birliyindən çıxması üçün (Breksit) davam etdirdiyi danışıqlar hələ müvəffəqiyyətli nəticə vermir.

Metbuat.az-ın məlumatına görə, bu səbəbdən xüsusilə son seçkilərdə gücünü daha da artıran İşçi partiyası yeni referendumun keçirilməsi tələbi ilə çıxış ediblər. Ötən gün İşçi Partiyasının əsas üzvlərindən olan Londonun bələdiyyə başçısı Sadiq Xan, Breksitin müddətinin rəsmi olaraq sona çatmamasından əvvəl ikinci referendumun keçirilməsi üçün çağırış edib. Onun sözlərinə görə, bu, əhalinin haqqıdır. Breksitə qarşı olduğunu bildirən Xanın çağırışı həm İngiltərədə, həm də İşçi Partiyasında da müzakirələrə səbəb olub. Belə bir zamanda partiyanın rəhbər vəkili Tom Vatson açıqlamasında “Bu təklifi tamamilə gözardı etmirik” mesajını verib. Ancaq partiya daxilində solçularla liberallar arasında fikir ayrılığı olduğu bildirilir. Sadiq Xanın son çıxışına partiya daxilində ciddi dəstək verildiyi deyilir.

Partiya rəhbəri ötən gün çıxışında baş nazir Tereza Meyi istefaya çağırıb. O bildirib ki, partiyası həmin vəzifəyə hazırdır. İngilətərə son zamanlar keçirilən sorğular İşçi Partiyasının səs faizinin hakimiyyətdə olan Mühafizəkar Partiyaya çox yaxınlaşdığı bildirilir.

Digər tərəfdən isə, Breksitin İngiltərəyə 30 milyard dollara başa gəlməsi gözlənilir. İngiltərənin məşhur “Politica” jurnalı əhali arasında Breksitlə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin 50%-dən çoxu ikinci referendumun keçirilməsinə müsbət baxır. Avropa Birliyində olmağın tərəfdarları isə 28%-dən 34 faizədək artıb. Bu səbəbdən, ikinci referendum keçirilərsə, nəticələrin ilk referendumdan çox fərqlənəcəyi ehtimal edilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Suriyada bir gündə 80 nəfər öldürüldü - OXUMAQ ÜÇÜN TIKLA