İranda hərbi helikopter qəzaya düşüb.
Metbuat.az-ın məumatına görə, polkovnik Kərim Hüseynnejad Tesnim xəbər agentliyinə açıqlamasında bildirib ki, İran ordusuna aid helikopter ölkənin şimal-qərbində Urmiya şəhərinə yaxın yerdə düşüb.
Polkovnik bildirib ki, qəza nəticəsində helikopterdə olan bir nəfər ölüb, 2 nəfər yaralanıb. Onun sözlərinə görə, sınaq məqsədilə uçan helikopter texniki nasazlıq səbəbindən qəzaya düşüb.
Günay Elşadqızı \ METBUAT.AZ
Kərkükdə türkmənlərə silahlı hücum edildi - OXUMAQ ÜÇÜN TIKLA |