Borş yeməyinin hazırlanması

Havalar soyuyub, artıq isti şorbalar bişirməyin vaxtıdır.

Metbuat.az bu dəfə Rusiya mətbəxinin ən ləzzətli yeməklərindən borş yeməyinin hazırlanma prosesini təqim edir.

Tərkibi:

1 kq iri tikələrə bölünmüş sümüklü mal əti

5 xörək qaşığı kərə yağı və ya duru yağ

1 baş soğan

1 ədəd orta boy çuğundur

2 ədəd yerkökü

2 xörək qaşığı tomat

3-4 ədəd dəfnə yarpağı

1 ədəd orda boy kələm

3 ədəd kartof

2 stəkan doğranmış cəfəri

Zövqə görə duz, istiot

Hazırlanmasına gəldikdə isə, iri qazana mal ətinin üzərinə su töküb qaynadın. Ət yumuşalanadək orta odda bişirin. Ətin suyunu süzün ki, kəfdən təmizlənsin.

Ət bişdiyi müddətdə soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtgəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın. Kartofları soyub iri-iri dilimləyin.

Tavaya yağ əlavə edib soğanı qovurun. Çuğundur və yerkökünü soğana əlavə edib, yumuşalana qədər bişirin. Daha sonra tomat, zövqə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.

Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin.

QEYD: Ət bişdiyi müddətcdə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. (Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içərisinə kələm, kartof və cəfəri əlavə edin. Orta odda kələm və kartof yumuşalanadək bişirin. Borşu qaba töküb qatıqla servis edə bilərsiniz.

Nuş olsun!

Gürcü xəngəlinin hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)