Çin hökuməti Şimali Koreya şirkətlərini BMT-nin sanksiya qərarına görə bağlayacağını açıqlayıb.
Metbuat.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Çin, ölkədə olan müstəqil və çinli firmalarla ortaq olan Şimali Koreya şirkətlərini bağlayacaq. Ticarət Nazirliyinin açıqlamasına görə, həmin firmaların fəaliyyətinə 120 gün içərisində son qoyulacaq.
Bundan əlavə, ölkə xaricində Şimali Koreya firmaları ilə ortaqlıq edən Çin şirkətlərinin də işlərinə son veriləcək. Nazirlik bildirib ki, həmin firmalar BMT-nin 12 sentyabrda Pxenyan rəhbərliyinə qarşı qəbul edilən sanksiya qərarına görə bağlanacaq.
Qeyd edək ki, Şimali Koreyanın əsas tərəfdarlarından sayılan Çin, daha əvvəl da BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Şimali Koreyadan kömür ixracını dayandırıb, dəmir, polad, güllə, dəniz və tekstil məhsullarının da idxalatını qadağan edib.
Xatırladaq ki, Pxenyan rəhbərliyinin 2006-cı ildən bu yana ən güclü və 6-cı nüvə sınağının ardınca ABŞ tərəfindən hazırlanan və Şimali Koreya rəhbərliyinə yeni iqtisadi sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini 12 sentyabrda BMT-də səs verməyə təqdim edib. Layihə 15 ölkənin lehinə qərarı ilə qəbul edilib.
Günay Elşadqızı \ METBUAT.AZ
Həmin gün bütün həyatı məhv oldu - İndi bu haldadır... / VİDEO - OXUMAQ ÜÇÜN TIKLA |