Şimali İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə səlahiyyətlisi Hoşyar Sivaili BBC-yə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Sivaili bildirib ki, Ankara-Ərbil əlaqələrinin əvvəlki vəziyyətə dönməsinə ümid edirlər, qarşıdurma həm İraq kürdlərinə, həm də Türkiyəyə zərər verə bilər:

“Türkiyə ilə iqtisadi və siyasi baxımdan ortaq maraqlarımız var. Əməkdaşlıq tariximiz bizim bu əməkdaşlıqdan çox şey əldə etdiyimizi göstərir. Kürdlərin iradəsinə qarşı durmaları bizə zərər verəcək. Amma eyni zamanda, bu, Türkiyə iqtisadiyyatına da zərər vuracaq. Bu da Türkiyənin təhlükəsizliyinə də öz mənfi təsirini göstərəcək”.

Sivaili Ankaranın sanksiya tətbiq etməyəcini düşündüyünü deyir:

“Türkiyə əlbəttə ki, sanksiya tətbiq etməyə qadirdir. Bu, iqtisadiyyatımıza da, xalqımıza da zərər verər. Ancaq son illərdə gördüyümüz Türk siyasətinin məntiqi olaraq, Türkiyənin bunu etməyəcəyini göstərir. Türkiyə buna getməyəcək, sərhədləri bağlamayacaq. Sərhədlərin bağlanması hər iki tərəfə zərər verəcək. Əvvəlcə bu, bizə zərər verəcək doğrudur, amma Türkiyə də bunun mənfi təsirini hiss edəcək”.

Sivaili Ankaraya heyət göndərmək istəklərindən danışıb:

“Əlaqələrin yaranacağına inanırıq. Ümid edirik ki, iki tərəf arasında dialoq və danışıqlar olacaq və Türkiyə tərəfimizdən nümayəndə heyətlərini qəbul edəcək. Daha əvvəl də bu gərginliyi yaşamışıq. 1991-ci ildən 2008-ci ilə qədər Türkiyə ilə münasibətlərimiz çox da yaxşı deyildi, lakin bu tarixdən sonra əlaqələrimiz inkişaf etdirildi. Dialoq, Türkiyə ilə Kürdüstan arasındakı yanlış fikirlərin həll olunmasına əsaslanacaq. İnanırıq ki, Ankara, xüsusilə Rəcəb Tayyib Ərdoğan qərar verməzdən əvvəl iki-üç dəfə düşünəcək. Düşünürük ki, o, keçmişdə olduğu kimi praqmatik münasibət nümayiş etdirəcək. Bu cür münasibət hər iki tərəfin xeyrinədir”.

Sivaili, Bağdadla müzakirələrin də aprel ayının sonra başlayaca biləcəyi mesajını verib.

Günay Elşadqızı \ METBUAT.AZ

Çindən Şimali Koreyaya daha bir zərbə - Şirkətləri bağlanır - OXUMAQ ÜÇÜN TIKLA