Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edib.

Metbuat.az-ın məlumatına görə, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ərdoğan Putini prezident iqamətgahında, axşam yeməyi zamanı qəbul edəcək.

Dövlət başçılarının görüşdə Şimali İraq Kürd muxtariyyətinin keçirdiyi referendum, Suriya məsələsi, Türkiyənin Rusiyadan “S-400” raket sistemlərini alması, ticari əlaqələrin inkişafı, digər regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Çindən Şimali Koreyaya daha bir zərbə - Şirkətləri bağlanır - OXUMAQ ÜÇÜN TIKLA