İraq ordusu Kərkükün Havica qəsəbəsində İŞİD terrorçularını təmizləmək üçün başladığı əməliyyatın ikinci mərhələsinə keçib.
Metbuat.az-ın məlumtına görə, baş nazir Heydər əl İbadi, “Kərkükün qərbindəki bütün bölgələri əhatə edən Havicanı xilas etmə əməliyyatının ikinci mərhələsinə başladıq” deyib.
Əməliyyatın ilk hücumları sentyabrın 21-də başlamışdı. Yerli mənbələrin məlumatına görə, 200-dən çox terrorçu Abbasid və ətrafındakı ərazilərdə təslim olub. Bir həftə ərzində 600-dən çox terrorçu təslim olub.
Qeyd edək ki, Kərkük, Şimali İraq Kürd muxtariyyətinin mübahisəli referendumunun ən kritik şəhəridir. Kərkükdə türkmənlər, ərəblər və kürdlər birgə yaşayırlar. 9 iyulda əlindəki ən böyük şəhər Mosulu təxminən 9 aylıq əməliyyatdan sonra itirən İŞİD, türkmən şəhəri Təlafiri də avqustda itirib.
Günay Elşadqızı \ METBUAT.AZ
Hindistan: Qatar stansiyasında faciə - Ölənlər var / VİDEO - OXUMAQ ÜÇÜN TIKLA |