Düşbərənin hazırlanması

Azərbaycan milli mətbəxinin ən dadlı yeməklərindən biri düşbərədir.

Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir.

Xəmiri üçün:

500 qr un

1 ədəd yumurta

Biraz duz

İçlik üçün:

300 qr ət

2 ədəd baş soğan

Nanə qurusu

1 çay qaşığı pomidor tomatı

Duz

Hazırlanması:

Xəmir yoğurun. Yumşaq hala gəldikdə kənarda bir müddət saxlayın. Xəmiri düşbərə kəsən alətin üzərində açın. İçərisinə ət qoyub bükün. Qazanda su qaynadın, düşbərələri ora atın. Bişdikdən sonra nanə qurusu, istiot, sumaq və s. ilə servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Mərcimək şorbasının hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)