Bakı. 30 sentyabr. REPORT.AZ/ Vaşinqton və Seul Koreya yarımadasında hava hücumundan müdafiə üzrə ilk birgə təlimlər keçiriblər. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean komandanlığı məlumat yayıb. Hərbi təlimlərə Amerikanın 52-ci hava diviziyası artilleriya alayının 6-ci batalyonunun əsgərləri və Cənubi Koreya hərbçiləri cəlb olunub.