ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı zamanı törədilən silahlı hücum nəticəsində ölənlərin sayı artır.
Metbuat.az-ın məlumatına görə, məşhur “Mandalay Bay Casino” yaxınlığında törədilən hücum zamanı ən azı 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Xəsarət alanların içərisində ağır yaralılar olduğundan ölənlərin artacağı istisna edilmir.
Silahlı hücumu törədən şəxs Las-Veqasda yaşayan, 64 yaşlı ABŞ vətəndaşı Stefen Paddokdur. Onun meyiti “Mandalay Bay” ın 32-ci mərtəbəsində tapılıb. Polis onun intihar etdiyini deyir. Otel otağında ən azı 10 silah tapılıb.
Məlumata görə, Las-Veqasın şəhərinin şerifi Cozef Lombardo bildirib ki, hadisəni törədən şəxs heç bir terror təşkilatının üzvü deyil. Lombardonun sözlərinə görə, şübhəli şəxsin yanında görünən asiyalı qadının, “Hyundai Tucson” və “Chrysler Pacifica” modeli olan avtomobillərin axtarışları davam edir. Marilou Danley adlı qadının fotosu Las-Vegas polisinin Tvitter səhifəsindən paylaşılıb.
Məlumata görə, hadisə nəticəsində vahiməyə düşən insanlar sürətlə oradan qaçıblar. Elə bu zaman bir çox adam ayaq altında qalaraq əzilib.
ABŞ prezidenti Donald Tramp Tvitter hesabından başsağlığı mesajı paylaşıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Kataloniya referendumu - Bundan sonra nələr olacaq? - OXUMAQ ÜÇÜN TIKLA |