Fransa polisinin həftə sonu Parisdə keçirdiyi əməliyyatın detalları açıqlanıb.
Metbuat.az-ın məlumatına görə, daxili işlər naziri Cerard Kollomb açıqlamasında bildirib ki, Parisin 16-cı bölgəsindəki binanın aşağı mərtəbəsində bomba düzəltmək üçün lazım olan materiallar tapılıb. Bina “Paris Saint-Germain” futbol klubunun oynadığı “Parc des Princes” stadionuna çox yaxındır.
Əməliyyat nəticəsində 5 nəfər tutulub. Paris Prokurorluğu hadisədə terror şübhəsinin olub-olmadığını araşdırır.
Qeyd edək ki, Fransada İŞİD terror təşkilatının hücumları nəticəsində son iki ildə 230-dan çox adam həyatını itirib. Ölkədə 2015-ci il noyabrın 13-də elan edilən fövqəladə vəziyyət hələ də davam edir.
Günay Elşadqızı \ METBUAT.AZ
Fizika sahəsi üzrə Nobel mükafatı - 3 alimə verildi - OXUMAQ ÜÇÜN TIKLA |