Şimali İraq Kürd muxtariyyətinin keçirdiyi müstəqillik referendumunda səsvermədə iştirak edən millət vəkillərinin adları Federal Məhkəməyə göndəriləcək.
Metbuat.az-ın məlumatına görə, İraq parlamenti Şimali İraq Kürd muxtariyyətinin deputatlarının millət vəkilliyinin dayandırılmasına qərar verib. İraqlı millət vəkili Methaq el-Hamidi məclis üzvlərindən Şimali İraq Kürd muxtariyyətinin deputatlarının iclaslarda iştirakına qadağa qoyulmasını istəyib.
Parlamentin açıqlamasında bildirilib ki, kürd deputatlar qeyri-qanuni referenduma qatılaraq andlarını pozublar.
Günay Elşadqızı \ METBUAT.AZ
Kataloniyada həyat dayandı - Ölkədə tətil keçirilir - OXUMAQ ÜÇÜN TIKLA |