Şri-Lankada aprel ayından bu yana ölkəyə sığınan arakanlı müsəlmanlara hücum edən fanatik buddistlər cəzalandırılıb.
Metbuat.az-ın məlumatına görə, Şri-Lankanın təhlükəsizlik sözçüsü Ruvan Qunasekara bu barədə açıqlama verib. Onun sözlərinə görə, hücum edənlərdən 5 nəfəri ötən gün, buddist rahib Akameenmana Dayaratana və daha bir nəfər isə bu gün tutulub. Məhkəmənin qərarı ilə onlar, 9 oktyabra qədər nəzarətdə qalacaqlar.
Qeyd edək ki, ötən həftə bir qrup fanatik buddist arakan müsəlmanlarının yaşadığı paytaxt Kolombo şəhərində, BMT qərargahının yanındakı evin qarşısında etiraz aksiyası keçiriblər. Arakanlı müsəlmanları terrorçu adlandıran buddistlər onların Myanmara geri dönməyini tələb edib və yaşadıqları evə hücum edib. 30 arakanlı müsəlman polis nəzarəti altında təhlükəsiz yerə aparılıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Bərzaniyə daha bir zərbə - Deputatlar parlamentdən uzaqlaşdırılır - OXUMAQ ÜÇÜN TIKLA |