Çörəyinizi özünüz hazırlayın

Evdə sağlamlığınıza faydalı, ləzzətindən doymayacağınız çörək hazırlaya bilərsiniz.

Metbuat.az çovdar çörəyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 qram çovdar unu

300 ml su

20 qr yaş maya

2 çay qaşığı duz

2 çay qaşığı kəklikotu

Hazırlanması:

Unu ələyib içərisinə yaş maya əlavə edin. Daha sonra zeytun yağı və su töküb yoğurmağa başlayın. Kəklikotunu da əlavə etdikdən sonra yoğurmağa davam edin. Xəmiri 2 hissəyə bölüb mayalanmağa qoyun. Mayalandırdıqdan sonra kündələr kəsib yuvarlaq şəkil verin. Üzərinə kəsiklər atıb 15 dəqiqə də mayalandırın. Əvvəlcədən 190 dərəcədə qızdırılmış sobada üstü və altı yaxşıca qızaranadək bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/800398/ev-usullu-lahmacun.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)