Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycan qazının İtaliyadan keçməklə Avropaya nəqli edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi vaxtında yekunlaşdırılacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Onun sözlərinə görə, İtaliyada TAP-ın zeytun bağlarından keçməsi ilə bağlı müəyyən problem yaranmışdı: "Layihənin payızda həyata keçirilməsi ilə bağlı bəzi problemlərimiz var idi. Artıq həmin problemlər həll edilib, hər şey qaydasındadır. TAP vaxtında yekunlaşdırılacaq və Azərbaycan qazı İtaliya ərazisindən kecərək Avropaya vaxtında çatdırılacaq".