Nigerin cənub-qərbində 3 amerikalı hərbçinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Metbuat.az-ın məlumatına görə, Pentaqon rəsmisi ölən əsgərlərin ABŞ ordusunun "Yaşın Beretlilər" adlı xüsusi qüvvənin üzvləri olduğunu təsdiq edib.

Hadisənin hansı qüvvələr tərəfindən törədildiyi barədə araşdırmalar davam edir.

Qeyd edək ki, hücum zamanı 2 nigerli əsgər də həlak olub. Əlavə edək ki, bəzi nəhəng qüvvələr Afrikadakı nüfuz uğrunda mübarizə aparır.

Sübhan / METBUAT.az