“Liverpul” ciddi itki ilə üzləşib.

Metbuat.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Sadio Mane sıradan çıxıb. Seneqal millisinin üzvü DÇ-2018-in seçmə mərhələsində Kabo-Verde ilə oyunda zədələnib.

Budundan zədə alan 25 yaşlı hücumçu 6 həftə meydana çıxa bilməyəcəyi bəlli olub.