İçli küftənin hazırlanması

İçli küftənin hazırlanması düşündüyünüz qədər çətin deyil.

Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

150 qr qiymə

1 şorba qaşığı un

1 stəkan incə bulqur

2 şorba qaşığı manna yarması

1 ədəd yumurta

1 şorba qaşığı bibər tomatı

Isti su, duru yağ

Duz, istiot, pul bibər, cirə

Hazırlanmasına gəldikdə isə, bulqurun üzərinə su töküb yumşalmasını gözləyin. İslanıb şişən bulqurların üzərinə un, manna yarması, bibər tomatı, ədviyyat əlavə edin. Ehtiyac olarsa, su töküb yoğurmaq olar. Hazır olan ərzaqdan qoz böyüklüyündə küftə hazırlayıb barmaq ucuyla açın.

Tavada qiyməni ədviyyatlarla birlikdə qovurub içlik hazırlayın. Hazırladığınız içliyi küftələrin içərisinə doldurun. Daha sonra içli küftələri suda qaynadın. Yumşalana qədər bişirib qızğın yağda qızardın. Yemək hazırdır, servis edə bilərsiniz.

Nuş olsun!

https://metbuat.az/news/798012/dusberenin-hazirlanmasi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)