Kərkükdə komendant saatı elan edildi

Kərkükdə komendant saatı elan edildi
00:48 17 Oktyabr 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Kərkük şəhərində sabah səhərə qədər küçəyə çıxmaq qadağan elan edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kərkük Polis İdarəsinin sözçüsü Afrasya Kamil verib.

İraq Baş naziri Heydər Abadi tərəfindən müvəqqəti mer təyin olunan Rakan Cuburi isə keçirdiyi mətbuat konfransında şəhərin təhlükəsizliyindən polis qüvvələrinin məsuliyyət daşıyacağını bildirib.

Cuburi asayişin təmin edilməsi üçün keşikçi dəstələrinin xidmət göstərəcəyini söyləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR