Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə kələm turşusunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

10 kq kələm
4 ədəd qırmızı çuğundur
3 ədəd acı bibər
3-4 baş sarımsaq
1 dəstə kərəviz
1 dəstə şüyüd (Əgər quru şüyüd başı və quru kərəviziniz varsa, ondan tökə bilərsiniz)
Quru reyhan
Duz

Hazırlanmasına gəldikdə kələmi doğrayıb çuğunduru sürtgəcin böyük gözündən keçirin. Göyərtiləri doğrayın. Sarımsağı qabığından təmizləyib yuyun. Acı bibəri yuyub kənara qoyun. Turşunu tutmaq üçün şüşə banka götürün. Əvvəlcə, kələmdən töküb üzərinə göyərtilər, reyhan qurusu, acı bibər və çəkilmiş çuğundur əlavə edin. Eyni qayda ilə hamısını lay-lay yığın.
Kənarda 1 litrlik bankaya 3 x/q duz töküb qarışdırın. Daha sonra suyu kələmin üzərinə tökün.
Bu qayda ilə ağzından 3-4 barmaq aşağı olanadək duzlu su tökməlisiniz. Kələm turşusunu 2 həftədən sonra yeyə bilərsiniz.

Nuş olsun!

Toyuq salatının hazırlanması - RESEPT - Oxumaq üçün tıkla