İş elanı: "Kim cəllad olmaq istəyir?" - FOTO

İş elanı: "Kim cəllad olmaq istəyir?" - FOTO
11:32 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Zimbabvedə 52 nəfər vakant cəllad işində alışmaq üçün müraciət edib.

Milli.Az The Zimbabwe News Live-ə istinadən bildirir ki, Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, "vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır": "İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var".

Zimbabvedə son 12 il ərzində edam cəzası gerçəkləşdirilməyib. 2013-cü ildə Zimbabvedə qəbul edilmiş yeni Konstitusiyaya görə, əgər cinayət törədilən zaman cinayətkarın yaşı 21-dən az və ya 70-dən çox olarsa, həmin şəxs barəsində edam qərarı həyata keçirilmir.

Zimbabvedə cəllad vəzifəsi 2005-ci ildən bəri vakant qalıb.

Vitse-prezident Emmerson Mnanqava isə bəyan edib: "Nə qədər ki, mən vəzifədəyəm, kimsə edam edilməyəcək".

Hazırda Zimbabvedə ölüm hökmü almış 92 məhbus var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR