Azərbaycanlı "Nəğd pul" Dağıstanla Çeçenistanda dillər əzbəri oldu - VİDEO - FOTO

Azərbaycanlı "Nəğd pul" Dağıstanla Çeçenistanda dillər əzbəri oldu - VİDEO - FOTO
12:57 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Dağıstanda və ümumiyyətlə, Şimali Qafqazda artıq iki ildir ki, "Julamur" mahnısı dillər əzbəridir.

Milli.Az bildirir ki, Dağıstan, Çeçenistan və Şimali Osetiyadan reperlər "Timaro", "Skimal", "Leos", "İdris və Ömər Əlibutayevin birgə ifası olan "Julamur"un klipi hazırda Rusiyada rep janrında çəkilmiş ən yaxşı kliplərdən biri sayılır.

Klipə YouTube-da sosial şəbəkələrin fenomeninə çevrilmiş "Kama Pulya" da çəkilib.

"Timaro" kimi tanınan mahaçqalalı reper Timur Umarovun dediyinə görə, mahının ərsəyə gəlməsində azərbaycanlı reper "Nəğd pul"un böyük əməyi var.

"Nadir Hüseynov, yəni "Nəğd pul" Bakıdan Mahaçqalaya gəlmişdi, bizim şəhərdə yaşayırdı. Onunla iki il yarım əla işlədik. Sonuc yaxşı oldu: mahnılarımızı tək Dağıstan və Çeçenistanda yox, bütün Rusiyada oxuyurlar. Nadir Dağıstanla Çeçenistanlda əsl ulduza dönüb", - T.Umarov deyib.

Onun sözlərinə görə, N.Hüseynovla birlikdə Bakıda bir neçə konsert verməyə, layihələri gerçəkləşdirməyə hazırlaşır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

TIMARO, SKIMAL, LEOS, IDRIS, Омар Алибутаев - Жуламур


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR