Ən asan hazırlanan toyuq yeməyi

Axşama nə hazırlayacağınızı bilmirsinizsə, bu resept köməyinizə çata bilər.

Metbuat.az xüsusi souslu toyuq yeməyinin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

800 qram toyuq döşü

2 yemək qaşığı zeytun yağı

1 ədəd pomidor

1 diş sarımsaq

1 ədəd kiçik quru soğan

1 çay qaşığı pomidor tomatı

½ çay qaşığı qırmızı toz bibər

1 çay qaşığı kəklikotu

¼ çay qaşığı adi cirə

Arzuya görə keşniş

Hazırlanmasına gəldikdə isə, toyuğun döş ətini incə kəsin. Sous üçün soğanı sürtgəcdən keçirib suyunu qaba alın. Qabığını soyub uc hissəsini aldığınız pomidoru sürtgəcin kiçik gözündən keçirin. Quru soğan suyu və sürtgəcdən keçirilmiş pomidoru dərin qaba əlavə edin. Üzərinə zeytun yağı, tomat, qırmızı bibər tozu, adi cirə, sürtgəcdən keçirilmiş sarımsaq və keşniş əlavə edib qarışdırın.

Doğranmış toyuq döşünü hazırladığınız sousun içərisinə qoyun və üzərini bağladıqdan sonra soyuducuda saxlayın. Bir saat saxladıqdan sonra toyuq ətini taxta şişə keçirib öncədən qızdırılmış tavada hər tərəfi qızarana qədər bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Kələm turşusunun hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)