"Maşın"da 1 saat - REPORTAJ - FOTO

"Maşın"da 1 saat - REPORTAJ - FOTO
17:32 18 Oktyabr 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan və böyük maraqlanla qarşılanan "Maşın" realiti şouda ötən gün mətbuatla görüş keçirilib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, layihənin rəhbəri Murad Dadaşovun təşəbbüsü ilə baş tutan görüş səmimi məqamlarla yadda qalıb.

Sadəcə, bu görüşün dəyişməyən bir tərəfi olub: hər zaman olduğu kimi iştirakçılar yenə də qalmaqallı açıqlamaları və atmacaları ilə yadda qalıblar. 

Repçi Elşad Xose hər gün efirdə dediyi sözü jurnalistlərin yanında bir daha təkrarlayıb: "Raufa səs istədiyimə görə özümü bağışlaya bilmirəm".

Rauf Əhmədov isə Xosenin könlünü almaq üçün deyib: "Mən uşaqlıqdan Xosenin fanatı olmuşam, onun repləri ilə böyümüşəm. Sadəcə, məni yandıran o oldu ki, Elşad hər şeyi bilə-bilə, məndən inciyir".

Rauf daha sonra deyib: "Burada hamı hər şeyi bilir, amma susurlar və söyülən mənəm. Bu da məni yandırır. Talıb yaxşı oğlandır, "amma mən sözümün üstündə duranam" kəlməsi mənim xoşuma gəlmədi. Mən verilişdən çıxsam, bura maraqsız olacaq".

Raufun bu sözündən sonra yenidən ara qarışıb və iştirakçılar onu bir az sadə olmağa çağırıb. 

Jurnalistlərlə görüşdə qadın iştirakçıların olduqca sakit olması da diqqətdən yayınmayıb. Deyəsən, hansısa qüvvə xanımlara ciddi irad bildirib və onları "ağıllı" olmağa çağırıb. 

Bizə isə gözləmək qalır, görək bundan sonrakı günlərdə kimlər "maşın əldən getdi" deyəcək, kimlərsə uzun illər qazandığı hörməti itirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/591479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR