"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb

"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb
18:27 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.
"Report"un Estoniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib.
Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.
Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.
Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/ofeliya-qasirgasi-sebebinden-tallinde-cirkli-yagis-yagib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR