"Qarabağ"a hakim ədalətsizliyindən yazdı

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində ötən gün “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi oyunda komandamızın sıxışdırılması ilə bağlı fikirlərini yazıb.

Metbuat.az-ın məlumatına görə, PA rəsmisi açıqlamasında yazıb: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR