Dimdiyi ot görməmiş beçə yeyən müğənnimiz

“Space” kanalında yayımlanan “Nahara qədər” proqramında maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, verilişin budəfəki qonağı müğənni Sədaqət Ulduz olub. 

Verilişin aparıcısı Şəbhəm Həsənova müğənniyə müraciət edərək, onunla bağlı maraqlı informasiyanı bölüşüb:

“Eşitmişəm, hər qidanı yemirsən. Dimdiyi ot görməmiş beçə, mələməmiş çəpiş yeyirsən. Bunlar doğrudurmu? Bu sənin həyatını çətinləşdirmirmi?"

S.Ulduz isə aparıcının onun haqqında bu qədər informasiyalı olmasına təəccüblənib:

“Mənim haqqımda hər şeyi öyrənmisiniz ki... Bəli, beçə, quzu əti yeyirəm. Məsələn, heç vaxt çəpiş, yumurtlamış toyuq, dişi heyvanların ətini sevmirəm və yemirəm. Və ətin uzaqdan hansı heyvana aid olduğunu da seçə bilirəm".

Xatırladaq ki, “Nahara qədər” verilişi aparıcı Şəbnəm Həsənovanın təqdimatında həftə içi hər gün, saat 11:00-da yayımlanır.

Tacir 15 yaşında oxuduğu mahnını yenidən ifa etdi- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR